Palatada nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub

Samir Soltanov/AZADİNFORM. Hesablama Palatasının növbəti kollegiya iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılıq vəziyyətinin auditinin nəticələrinə dair, 2015-2017-ci illərdə ümumtəhsil məktəblərinə ayrılan vəsaitlərin sinif komplektlərinin sayına və şagird sayına uyğunluğunun və şagird-müəllim nisbətinin təhlilinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. 

Hesablama Palatasının mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. 

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

17.11.2018 13:55 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo