Neft sektoruna 5 milyard manata yaxın vəsait yönəldilib

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-oktyabr aylarında ölkənin neft sektoruna 4 milyard 929,4 milyon manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, on ayda neft sektorunda 28 milyard 63,2 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,3 faiz çoxalıb. 

Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda istehsal olunub. Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4 faiz bahalaşıb. 

Bu il oktyabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,8 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 59 manat təşkil edib.

17.11.2018 12:50 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo