Restoranda yanğın olub 20 nəfər təxliyə edilib

Samir Soltanov/AZADİNFORM. Bakıda restoran yanıb. 

FHN-dən Azadinform-a verilən məlumata görə, Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb. 

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

17.11.2018 12:40 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo