3,5 milyon manat imtahanlar üçün kənardan dəvət edilmiş şəxslərə xərclənib DİM sədri

Samir Soltanov/AZADİNFORM. “Dövlət İmtahan Mərkəzi (DİM) üçün ayrılan vəsaitin yarısı imtahanların keçirilməsi üçün kənardan dəvət edilmiş şəxslərə xərclənib”. 

Azadinform xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakıda "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. DİM sədri vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi yaranan zaman quruma dövlət tərəfindən 7,6 milyon manat ayrılıb: “Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın şəffaf, düzgün keçirilməsi üçün belə vəsaitin sərf edilməsi normaldır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar”.

17.11.2018 12:20 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo