Nazir Şəmkirdə kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub Fotolar

Samir Soltanov/AZADİNFORM. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılmış kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub. 

Azadinform xəbər verir ki, özünüməşğulluq proqramına 2018-ci ildə Şəmkir rayonu üzrə 160 ailə cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Onların bir hissəsi də əlilliyi olan insanlar (o cümlədən Qarabağ müharibəsi əlilləri) və şəhid ailələridir. 

Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyə biznes-planlarına uyğun mal və materiallar təqdim edilib. Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir. 

S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər. 

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

17.11.2018 12:10 / Baxılıb: 55 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo