BTC kəməri ilə 28,2 milyon ton neft göndərilib

Samir Soltanov/AZADİNFORM. Bu ilin 10 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 634,6 min ton neft nəql olunub. 

Azadinform xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, nəqletmənin 81,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 milyon 256,9 min ton neft ötürülüb. On ayda BTC ilə 5 milyon 465,4 min ton tranzit nefti də nəql edilib.

17.11.2018 12:00 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo