Rəqibi yaxından tanıyırıq, onlara qarşı oynamışıq

Samir Soltanov/AZADİNFORM. “Qarşılaşmaya ciddi hazırlaşmışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq”. 

Azadinform xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Farer adaları qarşılaşma ilə bağlı oyunöncəsi təşkil olunmuş mətbuat konfransında bildirib. O qeyd edib ki, rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq: “Futbolçularımız yaxşı oyun göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq. Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalması ilə bağlıdır. Mütləq deyil ki, meydana iki hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. İstənilən halda sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”.  

Qeyd edək ki, Azərbaycan – Farer adaları oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq. Görüş Bakı Olimpiya stadionunda təşkil olunacaq.

17.11.2018 11:00 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo