Qaxda motosiklet divara çırpılıb, sürücü xəsarət alıb

Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, rayonun Qaratala kəndi ərazisində qoşqulu motosikletlə hərəkətdə olan 1995-ci il təvəllüdlü yerli sakin Abdullazadə Elnur Qürbət oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirilib ki, E.Abdullazadənin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl İmişlidə yol qəzası baş verib. (report)

16.11.2018 23:27 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo