Tacikistanda qiyam baş vermiş həbsxananın rəisi tutulub

Tacikistanda qiyam baş vermiş Xocənd şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Feyzullocon Safarov həbs edilib.

Azadinform “Axbor”a istinadən xəbər verir ki, o, məhkumlara işgəncə verməkdə, səhlənkarlıqda və hazırlanan qiyamı gizli saxlamaqda ittiham olunur. 

Eyni zamanda həbsxananın daha bir neçə əməkdaşının rüşvət aldıqları, himayədarlıq etdikləri, cinayətləri gizlətdikləri üçün tutulacaqları gözlənilir.

Qeyd edək ki, noyabrın 7-də Xocənddəki həbsxanada baş vermiş qiyam nəticəsində 50 məhbus ölmüş, 100-ə yaxını isə yaralanmışdı. 

16.11.2018 20:54 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo