Xiaomi şirkəti "ağıllı" bloknot təqdim edib

“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir: şirkət tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmləşdirir.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmli sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq olar.

Bundan başqa əllə yazılmış mətnin tanınması funksiyası var: belə mətn avtomatik olaraq “Word” sənədə çevriləcək. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq olar.

16.11.2018 21:09 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo