İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq

İsraildə növbədənkənar parlament seçkilərin tarixi Knessetin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.

Azadinform İsrail KİV-inə istinadən xəbər verir ki, bu, ölkənin Baş naziri, Likkud Partiyasının lideri Benyamin Netanyahu ilə təhsil naziri, Bayt Yequhdi Partiyasının (“İsrail bizim evimizdir” Partiyası) lideri Naftali Benneta arasında noyabrın 16-da keçirilən görüşdən sonra məlum olub.

Növbədənkənar seçkilərin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 14-də İsrail Bizim Evimizdir Partiyasının başçısı Aviqdor Liberman müdafiə naziri vəzifəsindən istefa verdiyini, partiyanın isə koalisiyadan çıxdığını bildirib. 

16.11.2018 20:32 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo