Bir neçə ay uçan Boeing pilotsuz uçuş aparatı təqdim edilib

“Boeing” korporasiyasının “Aurora Flight Sciences” törəmə şirkəti günəş batareyaları ilə işləyən pilotsuz uçan aparat təqdim edib. “Odysseus” adlanan qurğu bir neçə ay ərzində uça bilir.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, aparat yaradıcılarının sözlərinə görə, “Odysseus” pilotsuz uçan aparat və peyk arasında hibriddir. Aparatın qanadlarında Günəş işığının akkumulyasiyası üçün panellər quraşdırılıb. Yüksək hündürlükdə uçaraq mülki hava gəmilərinə mane olmayan “Odysseus” ilk növbədə meteoroloji tədqiqatlar üçün nəzərdə tutulub.

Məlumata görə, havada bir neçə ay qalması ilə seçilən pilotsuz uçan aparat yerüstü mərkəzlə daim əlaqə saxlaya bilir. O, həmçinin, məsələn, yanacaqla işləyən hərbi pilotsuz uçan aparatlar kimi atmosferi çirkləndirmir.

“Odysseus” pilotsuz uçan aparatının ilk uçuşu 2019-cu ilin yazına planlaşdırılır.

16.11.2018 20:18 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo