Putin və Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə telefon danışığı zamanı Avrasiya inteqrasiyası çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

Bu barədə Azadinform Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Avrasiya inteqrasiya assosiasiyaları çərçivəsində qarşılıqlı fəaliyyətin aktual aspektləri müzakirə olunub", - məlumatda deyilir.

16.11.2018 20:05 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo