AAYDA-nın 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Fotolar

Ləman Hüseynzadə / AZADİNFORM. “Yol infrastrukturunun inkişafına hələ 24 il əvvəl Ulu öndər Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndər bunu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütövlükdə həyat mənbəyi hesab etmişdi”.  

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Agentliyinin 100 illiyinə həsr olunan tədbirdə çıxış edərkən deyib.  O bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını davam etdirən prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. 

Daha sonra çıxış edən AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov vurğulayıb ki, bu il 100 illiyi qeyd olunan Agentliyin şanlı tarixi Cümhuriyyətin yaranması ilə başlanıb: “1918-ci il may ayının 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil hökuməti elan edildikdən sonra 1918-ci il iyun ayının 17-dən başlayan yeni hökumətin tərkibində Yollar, Poçt və Teleqraf Nazirliyi yaradıldı. Nazirlik 1918-ci il noyabr ayının 20-də Milli Şura tərəfindən Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdikdən sonra Parlament fəaliyyətə başladı. Bununla da Azərbaycan Avtomobil Yollarının tarixi başlanğıc mərhələsinə qədəm qoydu. Bu gün möhtərəm Əli Əsədovun çıxışında Prezident İlham Əliyevin 100 illik yubiley münasibətlə AAYDA-nın əməkdaşlarına olan təbrikini eşitdik. Bu təbrikə və bu yubiley münasibətilə Prezident İlham Əliyevin yol işçilərinin Sərəncamla təltif etməsinə görə bütün əməkdaşlarımız adından ölkə başçımıza minnətdarlıq bildirirəm”. 

Sonda AAYDA-nın 100 illik yubileyinə həsr olunmuş video çarx təqdim edilib.

16.11.2018 18:23 / Baxılıb: 289 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo