Yeraltı qaz anbarlarından 109 milyon kubmetr təbii qaz istehlaka yönəldilib

Samir Soltanov/AZADİNFORM. “Noyabrın əvvəlindən bu vaxtadək yeraltı qaz anbarlarından 109 milyon kubmetr təbii qaz istehlaka yönəldilib”. 

Azadinform xəbər verir ki, bu barədə bu gün SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov "Azəriqaz" İstehsalat Birliyində 2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib. 

SOCAR rəsmisi qeyd edib ki, bu il yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub. Hazırda əhalinin istehlakına verilən gündəlik təbii qazın 15 milyon kubmetri məhz yeraltı qaz anbarlarından götürülür. Noyabrın əvvəlindən indiyədək yeraltı qaz anbarlarından 109 milyon kubmetr qaz istehlaka yönəldilib. Hazırda əhali sektoru üzrə təbii qaz istehlakı sutkada 20 milyon kubmetrdir. Bunun da 10,2 milyon kubmetri Bakının, 9,8 milyon kubmetri isə regionların payına düşür.

16.11.2018 18:00 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo