Bakıda sıxlığa səbəb olan amillər süni amillərdir

Aygün Nəbiyeva / AZADİNFORM. Bakının əsas problemlərindən biri də parkinq yerlərinin sıxlığı, yaxud dolu olmasıdır. Parkomatların quraşdırılması barədə verilmiş qərar hamı tərəfindən rəğbətlə qarşılansa da hələ də bu problem yaşanır. Parklama yerlərində boş yer olmadıqda avtomobil sahibləri məcbur maşınlarını kənar yerlərdə, yol qıraqlarında saxlamalı olurlar. Əgər həmin yol çox istifadə edilən, eyni zamanda ensizdirsə, bu zaman ciddi problemlər, nəqliyyatın hərəkətində bir sıra çətinliyə gətirib çıxarır.

 

Bəs ölkəmizdə parkinq probleminin başlıca səbəbləri nələrdir? Bu sahədə parkinq yerlərinin artırılması nəzərdə tutulmurmu?

 

Mais Aghayev adlı şəxsin şəkli.

Azadinform-un suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu gün Bakı şəhərində parkinq məsələlərinin idarə olunması BNA-ya tapşırılıb: “Hazırda müvafiq qurumla agentlik arasında təhvil-təslim işləri gedir. Bu işlər yekunlaşdıqdan sonra artıq biz yeni parkinq yerlərinin yaradılması ilə bağlı işlərə başlayacağıq. Hansı ki, artıq bu istiqamətdə işlər başlanılıb, yerlər müəyyənləşdirilib. Lakin təhvil-təslim işləri yekunlaşsın ki, həmin o müəyyənləşdirilmiş yerlərdə parklama yerləri təşkil edilsin. Burada təxminən 500-dən artıq yerlərin təşkili nəzərdə tutulub”.

M. Ağayev qeyd edib ki, aparılan təhlillər onu göstərir ki, Bakı şəhərində ən çox sıxlığa səbəb olan amillər süni amillərdir: “Bunu şəhərdəki sakinlər də müşahidə etsə aydın görə bilər. Şəhər yollarımız genişdir, yol infrastrukturda da kifayət qədər təkmilləşdirmə işləri aparılmışdır. Lakin təəssüflər olsun ki, ikili yolda üçüncü cərgədə saxlamaqla və digər süni əngəllər yaratmaqla şəhər yollarında sıxlıq, tıxac əmələ gəlir. Bizim də əsas məqsədimiz bunu aradan qaldırmaqdı. Bu istiqamətdə də işlərimiz davam edir”.

16.11.2018 17:24 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo