Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçildi

AZADİNFORM. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Mərkəzdən Azadinform-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun sədrliyi ilə keçən iclasda BBMM Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə,  Azərbaycanda Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, xalq artisti Aleksandr Şarovski iştirak ediblər. 

Toplantıda Prezidenti İlham Əliyevin 8 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təyin edilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti 4 il müddətinə yenidən sədr seçib. BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib və ölkə başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinə əmin olduğunu ifadə edib.

16.11.2018 17:05 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo