Multikultiralizm siyasəti: Azərbaycan Respublikasının hər bir vətəndaşının həyat tərzi kimi

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyətlilik” mənasını verir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmışdir. Ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. 

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bilirik ki, tarixən hər bir dövlətin qüdrətinin əsasında iqtisadi güc, siyasi nüfuz dayanır. Lakin ölkədə milli birlik, bunun əsasını təşkil edən humanitar problemlərin xalqın da qəbul etdiyi kimi həlli olmadan qüdrətli səviyyə gəlib çatması mümkün deyildir. Sosial-siyasi sabitlik iqtisadi gücün ən əsas lokomotivlərindəndir, onun da kökündə təbii ki, humanitar məsələlərin vaxtında, operativ həlli durur. Əgər humanitar məsələ və problemlər vaxtında və həm də beynəlxalq normalara uyğun həll olunmasa gec-tez ölkədə bu zəmində çox ciddi böhran yaşana bilər. Bu da öz növbəsində iqtisadi və siyasi proseslərə çox mənfi təsir göstərər. Bundan başqa hər bir insan müəyyən intellekt sahibidir. Ölkədə müxəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. 


Multikulturalizmin yaranması  və özünü bir siyasət kimi doğrultması

 

Multikultural dəyərlərin inkişaf etməsi sayəsində insanlar arasında mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklər tənzimlənir. Adətən tədqiqatçılar multikulturalizm anlayışının meydana gəlməsi prosesini keçən əsrin 60-cı illərinə bağlasalar da, multikulturalizm termin kimi ilk dəfə 1970-ci illərdə elmi ədəbiyyatda istifadə olunmağa başlamışdır. Multikulturalizm anlayışı ilk dəfə rəsmi qaydanaqlarda 1971-ci ildə Kanadada istifadə edilmişdir. Kanada multikulturalizm adı altında çoxmədəniyyətlilik siyasəti ifadə edirdi. 

Qeyd edək ki, Kanada da bu gün də 200-dən çox etnik qrup bu siyasət sahəsində sülh və qarşılqlı əmin-amanlıq şəraitində yaşayır. Multikulturalizm termin yeni yaransa da çoxmədəniyyyətliliyin tarixi ümumdünya dinlərinin və imperiyaların yaranması dövrünə təsadüf edir. Əgər biz problemə tarixi nöqteyi-nəzərdən yanaşsaq, bu zaman multikultural dəyərlərin tarixinin daha əskilərə istinad etməsinin şahidi olarıq. "Multikulturalizm" termini Kanadada yaransa da, siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli - assimilyasiya və ya izolyasiya (təcridolma) vasitəsilə tənzimləməyə çalışırdı.

Assimilyasiya siyasəti milli azlıqların mədəni- etnik dəyərlərini titul etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni- etnik dəyərlərinin titul və ya əsas etnosun etnik- mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, onların heç biri cəmiyyətdə inteqrasiyaya səbəb olmadı. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri oldu.

Multikulturalizm siyasətinin meydana gəlməsi onun elmi cəhətdən öyrənilməsinə də təkan vermişdir. Bu fenomen yaranan dövrdə onu Qərb ölkələrində öyrənən tədqiqatçılar multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəli bir siyasət modeli olmaqla yanaşı, eyni zamanda onun mütərəqqi bir model olduğunu da qeyd edirlər. Onların fikrincə, multikulturalizm siyasəti Qərb cəmiyyətinin təməl prinsipləri olan demokratiyaya, insan azadlığı, bazar iqtisadiyyatı prinsiplərinə uyğun gəlir. Bununla bağlı avstraliyalı professor Çandran Kukatas qeyd edir ki, liberalizm nəzəriyyəsi multikulturalizmin əsasını təşkil edir, çünki bu nəzəriyyə fərdin azadlığını əsas götürərək onun öz həyat tərzini, etnik-mədəni dəyərlərini qorumaq üçün şərait yaradır. Liberal cəmiyyətdə azlıqların mədəniyyətləri basılmır, onlara münasibətdə dözümlülük nümayiş etdirilir. Eyni mövqeyi kanadalı Vil Kimlika və Çarlz Teylor, amerikalı Emi Gutman, ingiltərəli Bxiku Parex və bu kimi digər tədqiqatçılar da dəstəkləyir.


Multikulturalizmin siyasətinin ölkəmiz üçün əhəmiyyəti


Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. Multikulturalizmdə  dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir. Xarakter fərdi və  milli kimliyi müəyyən edir. Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni zamanda mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) xarakterik xüsusiyyətləri burada önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır. Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və  quruculuq formalarıdır. Mədəniyyət fonunda büruzə verən dəyərlərdən ibarətdir. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".

Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib, Azərbaycan əsl tolerantlıq və inkişaf məkanıdır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyllərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib.

Tədqiqatçılar qeyd edir ki, Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilib. Bunun səbəblərini izah edən mütəxəssislər qeyd edir ki, Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Tədqiqatçıların yazdığına görə, bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Bu vəzifənin həlli üçün bütün dünyada "homo sapiens" tipli insandan "homo culturalies" tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir. Cəmiyyətdə multikulturalizmin əhəmiyyətindən yazan alimlər bildirir ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edir. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Azərbaycanda multikulturalizmdən bəhs edən tədqiqatçıların fikrincə, Azərbaycan Respublikasında bu sahə yüksək səviyyədə inkişaf edib.

Hansısa sosial qrupu “müsəlman” adlandırmaq doğru deyil, çünki həmin müsəlmanlar müxtəlif təriqətlərə aid olduğları üçün bir-birindən fərqlənirlər. Yaxud hansısa sosial qrupun etnik mənsubiyyətinə görə türk, kürd, erməni və s. adlandırılması müəyyən fikir ayrılıqlarına gətirib çıxarır. Çünki həmin sosial qruplar daxilində özünü həmin etnosa aid etməyən, etnik mənsubiyyəti önəmsəməyən, başqa millətin nümayəndələri ilə qarışan, yaxud həmin etnosun dəyərlərini bölüşməyən fərdlər ola bilər. Sosial qrupların tərkibində eyni milli mənsubiyyətə malik olan müxtəlif dini inancları daşıyan şəxslərin olması mümkündür. Cəmiyyətdə fərdiləşmə prosesi ilə əlaqədar olaraq müxtəlif dəyərləri özündə birləşdirən sosial subyektlərin ortaya çıxması bu dəyərlər sisteminin ümumilikdə “mədəniyyət” adlandırılmasını ehtiva edir. Dövlətin cəmiyyətin daxili mədəni münasibətlərinə qarışmaması, mədəniyyət daşıyıcılarına bu mənada sərbəstlik tanıması ilk növbədə dövləti əlavə resurslara çəkilən xərclərdən azad edir. Hansısa mədəniyyətin dövlət tərəfindən dəstəklənməsi, təbii olaraq digər mədəniyyətlərin müxalifliyi ilə nəticələnir. Bu zaman dövlət cəmiyyətin bir hissəsi ilə mübarizə aparmaq məcburiyyətində qalır. Bunun üçün isə dövlət əlavə xərclər çəkməlidir. Hansısa dəyərlər toplusu dövlət tərəfindən etalon kimi qəbul olunarsa, artıq bu dövlət üçün əlavə problem və yükdür, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına mane olan amildir.

Məsələn, qonşu İranda qəbul olunmuş farslaşdırma və şiələşdirmə yoluyla sosial qrupların assimilyasiya siyasəti əslində əks təsirlə nəticələnir. Təbii olaraq, etnik azərbaycanlılar, yaxud sünni azlıqlar buna etiraz edirlər. Dövlət isə bu zaman yaranmış etirazları aradan qaldırmaq üçün daha sərt tədbirlər görməli olur. Nəticədə dövlət əlavə resurslar (idarəetmə, maliyyə, hərbi və s.) istifadə etmək məcburiyyətində qalır. Bu zaman azlıqda olan sosial qrup elə dövlətə qarşı mübarizəyə qalxır ki, bu da xaricdə fəaliyyət göstərən siyasi qüvvələrin ölkənin zəiflədilməsi yaxud ölkəyə təzyiq göstərilməsi üçün təsir “rıçaqına” çevrilir.

Eyni məsələni Çinə də aid etmək olar. Çində etnik türklərin və müsəlmanların etirazları ən azı digər Şərq ölkələri üçün bu ölkəyə təzyiq göstərmək imkanını yaradır. Yaxın Şərqdə olan münaqişələrin kökündə də dini fərqliliklər dayanır ki, xarici qüvvələr bundan istifadə edərək dövləti zəiflədir, hətta məhvinə doğru  sürükləyirlər. Məsələn, Suriya və Yəməndə baş verən münaqişələrin kökündə sünnilərin şiələrin hakimiyyətdə olmasına etiraz etmələri dayanır.

Avropada isə durum fərqlidir, multikulturalizmin böhranının baş verməsinin səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii inteqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Bu zaman Avropa iki problemlə üz-üzə qaldı: Birinci problem müsəlmanların yerli mədəniyyətin daşıyıcıları ilə inteqrasiyaya getməməsi. Bunun əksi olaraq avropalılarda islama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat edən səbəblərdən biridir. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, islamın mahiyyətində dövlətin islamlaşdırılması dayanır. Hər bir müsəlman cəmiyyətinin yekun hədəfi islam dövlətində yaşamaq istəyidir.

İkinci problem isə get-gedə ağ dərili irqin nümayəndələrinin azalması və təbii artımın hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır. Qərbin yeritdiyi siyasət yəni, humanist yolla əhalinin azalmasına istiqamətlənmiş təbliğat Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesblanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə Qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxara bilər.

Azərbaycana gəldikdə isə multikulturalizm siyasəti hələ Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlanmışdı. Prezident İlham Əliyev isə multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi. Heydər Əliyevin irəli sürdüyü “Azərbaycançılıq məfkurəsi” ölkədə mədəniyyətlər üçün vahid çətir rolunu oynayacaq.


Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çox əsrlik tolerant mövcudluğunun nəticəsi kimi


Tarixi inkişafdan keçərək formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması əslində multikultiralizmin mövcud olmasına əsas verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında ümummilli lider Heydər Əliyev demişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi, Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla "Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair" UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi. Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı.

2016-cı il sentyabrın 30-da Fairmont Baku mehmanxanasında V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa ətrafında toplaşan şəxslər multikulturalizmin Azərbaycan modeli haqqında aşağıdakı fikirləri bildirmişlər:

AMEA-nın həqiqi üzvi Kamal Abdulla giriş nitqində vurğuladı ki, Avropa ölkələrinin əksəriyyətində multikulturalizmə olan bədbin münasibətə baxmayaraq, Azərbaycan multikulturalizmi modeli bütün dünyada qəbul olunur və öyrənilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında qeyd etdi ki, Azərbaycan tarixən çoxkonfessiyalı və tolerant ölkədir və   bu gün də sivilizasiyalar arasında  mənəvi körpü rolunu oynayır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarının coxmədəniyyətlilik kimi özəlliyini qeyd edərək, tarixi nümunələr və müasir reallıqlar əsasında Azərbaycan multikulturalizminin geniş təsvirini verdi.

Dəyirmi masanın ikinci iclasının mövzusu “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsirlik tolerant mövcudluğunun nəticəsi kimi”  müəyyən edilmişdi. Bu iclasda iştirak edən şəxslər  Azərbaycan modelinin xüsusiyyətlərini göstərdilər.

Qafqaz Universitetləri Birliyinin prezidenti Ramazan Korkmaz vurğuladı ki, Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasət, eləcə də Humanitar Forumlar Bakını multikulturalizmin paytaxtına çevirir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein öz məruzəsində vurğuladı ki, Azərbaycan multikulturalizminin uğuru onun dövlət siyasətində və Azərbaycan xalqının mentalitetinin daxili məzmununda üzvi şəkildə birləşməsi ilə izah olunur.

Azərbaycanda Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçev Azərbaycanda multikultural cəmiyyətin formalaşmasında Gürcü Yəhudi icması nümayəndələrinin də fəaliyyətini vurğuladı.


Beləliklə

 

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Uzun illərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb və multikulturalizmi  həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr vermişlər. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Multikulturalizm siyasətinin düzgün yeridilməməsi sosial qruplar arasında qarşıdurmalara, anlaşılmazlıqlara, toqquşmalara və digər təhlükəli meyillərə gətirib çıxarır, bu da öz növbəsində ölkələr üçün böyük problemə çevrilir. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik”.

 

Əli Quliyev və Aygün Kərimli

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbələri


İstifadə edilmiş ədəbiyyat siyahısı:


1)http://multiculturalism.preslib.az/az_about.html

2)http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/item/259-multikulturalizm-azaerbaydzan-n-doevlaet-siyasaeti-dzaemiyyaetin-haeyat-taerzidir

3) http://bakuforum.az/az/i-multikulturalizmin-muxtelif-modelleri-nezeriyyeden-humanist-tecrubeye-dogru-2/?fid=2832

4) http://unec.edu.az/multikulturalizm-siyasetinin-prinsipleri-ve-azerbaycan/

5) http://www.gumilev-center.az/multikulturalizmin-h-yat-t-rzin-cevrildiyi-az-rbaycan/

6) http://strateq.az/arashdirma/26098/alim-baxisi-multikulturalizm-n%C9%99dir-v%C9%99-onun-olk%C9%99-ucun-n%C9%99-%C9%99h%C9%99miyy%C9%99ti-var.html

7) https://az.wikipedia.org/wiki/Multikulturalizm

8) http://www.anl.az/down/meqale/ses/2016/aprel/486888.htm

9) http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=6

10) http://www.anl.az/down/meqale/525/2016/fevral/476625.htm

11) http://www.baki-xeber.com/layihe/32494.html

12) https://azvision.az/news/67702/qerbin-qorxdugu-multikulturalizm-azerbaycana-ne-verecek-–-tehlil.html

13) http://modern.az/az/news/181503#gsc.tab=0

14)https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Multikulturalizm_Azerbaycanda_heyat_terzidir-918878

15)https://azertag.az/xeber/Multikulturalizm_Azerbaycanda_dovlet_siyasetinin_en_onemli_istiqametlerinden_biridir-813373

16.11.2018 15:40 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo