Qulağımızda təhlükə yaradan mahnılar

Aygün Nəbiyeva / AZADİNFORM. Demək olar ki, hamımız qulaqcıqdan istifadə edirik. Kimisi mahnıya qulaq asır, kimisi radioya, kimisi ətrafdakıları eşitməmək üçün və s. Hətta, uzaqdan hansısa tanışımızın gəldiyini görüb hal-əhval tutub danışmaq da istəyirik. Amma o, qulağında qulaqcıq sadəcə başı ilə, yaxud jest və mimikası ilə salam verib keçir.

Gündəlik istifadəmizdə əksik etmədiyimiz qulaqcıq getdikcə aludəçiliyə çevrilir. Evdən çıxarkən vacib bir əşya kimi götürüb-götürmədiyimizi yoxlayırıq. Xeyrindən çox ziyanı olan qulaqcıqlardan demək olar ki, hər yerdə - yolda, dayanacaqda, avtobusda, həmçinin evdə belə, musiqi dinləmək üçün istifadə edən insanların sayı günbəgün artır. Hətta uşaqlarda da bunu görmək olar. Bəs yanımızdan ayırmadığımız “nauşnik”in ziyanını bilirik mi? 

 

Həkim otolarinqoloq (LOR) Lalə Seyfullayeva mövzu ilə bağlı Azadinform-a bildirib ki, son illərdə cavanların qulaqlıqdan istifadəsinə çox rast gəlir. “Qulaqcıqlar eşitmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Onun özünün səsi ötürmə sürəti vardır. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri daha çoxdur”.

Həkim qeyd edib ki, qulaqcığın nə qədər yaxın olması deyil, hansı yüksəklikdə qulaq asılmasıdır: “Qulaqcıqların bir neçə növləri var. Məsələn, hamının ən çox istifadə etdiyi qulaqcıqlar sırf qulaq keçəcəyinin özünə və qulaq təbilinə təsir edir. Yekə qulaqlıqlar da var ki, digərlərinə baxanda qulaq kanalına nisbətən az təsir göstərir. Amma yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Misal üçün, əgər yanımızda nəsə partlasa onunla eyni səviyyədə yüksək səs ötürmüş olar. Bu səs qulaqdakı siniri qıcıqlandırırlar. Düşünün ki, 1-2 saat ərzində qulaq siniri qıcıqlanır. Bunun nəticəsində də qulaq pərdəsi içində olan spiral zədələnir. Bu da eşitmə zəifliyinə səbəb olur. Eşitmə orqanımız müəyyən həddə kimi səsi qəbul edə bilir. Həddən artıq səs tonu qulağımızda travma yaradır”.

16.11.2018 15:25 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo