Xızıda 30 min manatlıq iribuynuzlu heyvanlar oğurlanıb

Samir Soltanov/AZADİNFORM. Xızıda 29 baş iribuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azadinform-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb. 

Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iribuynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. 

Oğurlanmış 29 baş iribuynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb. 

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

16.11.2018 15:14 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo