Əliyar Ağayev Danimarka İrlandiya oyununu idarə edəcək

Samir Soltanov/AZADİNFORM. FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq. 

Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq. 

Qeyd edək ki, Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.

16.11.2018 14:13 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo