Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxalq konfransa qatılacaq

AZADİNFORM. “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxalq konfransa qatılacaq. 

Azadinform xəbər verir ki, “Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur. 

Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik missiya təmsilçiləri iştirak edəcəklər. 

Aqil Camal bildirib ki, 3 bölmədə keçiriləcək konfransın məqsədi Türk Dünyasının müqəddəs məkanları və Türküstanın mədəni dəyərləri ilə bağlı araşdırmaları, latın əlifbasına keçid, ortaq əlifba və dil məsələlərini müzakirə etməkdir.

16.11.2018 13:58 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo