Şərti düşmənə əks-zərbə endirilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər. 

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.

16.11.2018 13:40 / Baxılıb: 110 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.02.2019
21.02.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo