Merilin Monronun unutmadığı sevgilisi

Aygün Nəbiyeva / AZADİNFORM. Merilin Monro dövrünün ən gözəl qadını idi. Yüzlərlə heyranı vardı. Amma onun da unutmadığı sevgilisi oldu.

Azadinform xəbər verir ki, əvvəlcə Con Ficerald Kennedinin (John Fitzgerald Kennedy) bacısı, sonra qardaşı, ən sonra isə özü ilə tanış oldu. İkili bir partidə hamının gözü önündə sevgili olmağa başladı. 

24 Mart 1962-ci ildə həftəsonunu Palm Springsdə keçirmək üçün bir araya gəldilər. İki günü birlikdə qalır və geri dönürlər. Monro üçün bu iki gün unudulmaz olaraq yaddaşında qalsa da, Kennedi isə sadəcə bir an olaraq xatırladı. Çünki Kennedi evli idi. Monro ona nə qədər yaxın olmaq istəsə də, Kennedi o qədər qaçdı. Kennedinin həyat yoldaşı Jackie qəzəbli idi. 19 May 1962-ci ildə Marilyn Con Kennedinin 44-cü ad gününə dəvət edildi. Monro partiyə gedir və orada "Happy Birthday Mr. President" mahnısını oxuyur. Kennedinin ondan qaçması Monronun getdikcə daha da pisləşməsinə səbəb olurdu. Merilin bundan bir neçə ay sonra, 4 avqust 1962-ci ildə vəfat edir. Kennedi isə bir il sonra 22 noyabr 1963-də öldürüldü.

16.11.2018 13:00 / Baxılıb: 107 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo