Qaca 10 can aldı - 80 min insan təxliyə edilib

Samir Soltanov/AZADİNFORM. “Qaca” qasırğası Hindistanda fəsadlar törədib. 

Azadinform xəbər verir ki, qasırğa nəticəsində 10 nəfər həyatını itirib. Məlumata görə, 80 min insan təbii fəlakət baş verən bölgədən təxliyə edilib. Bundan başqa, evlərə ciddi ziyan dəyib. 

Qasırğanın gücü saatda 90 km-a qədər yüksəlib. Bu səbəbdən bölgədə elektrik dirəkləri aşıb. Məktəblərdə tətil elan edilib.

Xatırladaq ki, Hindistanın Orissa əyalətində 1999-cu ildə meydana gələn qasırğada 15 mindən artıq insan həyatını itirmişdi. 

16.11.2018 12:00 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo