Neft bahalaşır - Azeri Light 68,62 dollara qalxıb

Adəm Abbaslı/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar artaraq 67,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 56,97 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Xəbərə görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar artaraq 68,62 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16.11.2018 11:05 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo