Qaradağda 4, Tovuzda 2 otaqlı ev yandı

AZADİNFORM. Qaradağda 4 otaqlı ev yanıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Tovuzda isə 2 otaqlı ev yanıb. Məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan 1 otağın tavanı 4 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16.11.2018 09:30 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo