OPEC-in yeni prezidentinin adı açıqlanıb

Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Azadinform xəbər verir ki, bu barədə Venesuelanın Neft Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.

Hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir.

15.11.2018 23:43 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo