ABŞ Camal Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edib

ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib. 

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

Onlar səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı "qara siyahı"ya düşüblər. 

Beləliklə, "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

15.11.2018 23:21 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo