Almaniyada avtobus qəzası baş verib, xeyli sayda yaralı var

Almaniyada iki avtobus toqquşub.

Azadinform “Bayerischer Rundfunk” telekanalına istinadən xəbər verir ki, hadisə Bavariya əyalətindəki Ammendorf şəhəri yaxınlığında qeydə alınıb. 

Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb, onların aralarında çoxlu uşaq var. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Eyni zamanda 4 nəfəri əzilən avtobuslardan çıxarmaq üçün xüsusi texnika gətirmək lazım gəlib.

Hadisə yerinə üç helikopter, təcili yardım heyəti, fövqəladə xidmət əməkdaşları cəlb edilib. 

Toqquşan maşınların adi sərnişin avtobusu, yoxsa məktəb avtobusu olduqları hələlik dəqiqləşdirilməyib. 

Hadisənin səbəbi araşdırılır.

15.11.2018 22:54 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo