Çexiyanın Baş naziri istefaya göndərilə bilər

Çex Respublikası Senatı Baş nazir Andrey Babişi istefa verməyə çağırıb.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, həm də iri sahibkar olan A.Babişin şirkətlərindən birinə Avropa İttifaqından 2 milyonadək avro məbləğində subsidiya almaq üçün sui-istifadə hallarına yol verdiyi ehtimal olunur. Senatorlar bu məsələ ilə bağlı hazırda polis tərəfindən aparılan araşdırma başa çatanadək Baş nazirin istefa verməsini zəruri sayıblar.

Senatın sözügedən qərarı A.Babişin dəvət olunduğu bugünkü iclasa vaxt azlığını əsas gətirərək gəlməməsindən və nə vaxt gələcəyini bildirməməsindən sonra verilib.

“Son günlər “Leylək yuvası” şirkəti barədə KİV-də gedən xəbərlər bu məsələnin araşdırılmasının müstəqil aparılmamasına dair şübhələr oyadır. Senat bu məsələdən yan keçə bilməz”, - Senatın iclasından sonra yuxarı palatada üstün mövqedə olan Vətəndaş Demokrat Partiyası fraksiyasının rəhbəri Miloş Vistrçil jurnalistlərə bildirib.

15.11.2018 22:32 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo