FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyənin "Kayserispor" klubunu cəzalandırıb.

Azadinform "CNN Türk"ə istinadən xəbər verir ki, qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək. 

Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.

Qeyd edək ki, Adnan Tiqhaduini "Kayserispor"da cəmi 7 oyuna çıxıb.

15.11.2018 20:54 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo