Sumqayıtda avtomobillərə qənim kəsilənlər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. 

Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib. 

Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib. 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

15.11.2018 18:13 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo