Bu il 24 milyon tondan çox neft və neft məhsulları ixrac edilib

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 24 milyon 195 min 372 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. 

Azadinform xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. On ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 12 milyard 923 milyon 328 min ABŞ dolları olub. 

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 16 milyon 977 min 159 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 6 milyard 539 milyon 344 min dollar təşkil edib.

15.11.2018 16:40 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo