Brain Ringi izlə, Nardan hədiyyə qazan

Adəm Abbaslı/AZADİNFORM. “Nar”ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir.

Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər. “Nar”dan Azadinform-a verilən məlumata görə, oktyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Fərhad Məmmədli (https://twitter.com/BadFarhad), Rəfi Əsgərli (https://twitter.com/refiesgerli), Elvin Abbasov (https://twitter.com/abbasovbm), A.Abbasovadır (https://twitter.com/a_ayaone). 

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.   

Ətraflı məlumatı https://twitter.com/salam_nar hesabından əldə etmək mümkündür.

15.11.2018 15:45 / Baxılıb: 429 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo