Batan 3 gəmidən sağ çıxan qadın

Aygün Nəbiyeva / AZADİNFORM. White Star Line adlı şirkətin hazırladığı, amma tarixə batması ilə düşən ən məşhur 3 gəmi - Olimpik, Titanik və Britannik. Batan bu gəmilərdən isə sağ çıxan bir qadın oldu - Violet Jessop.

Azadinform xəbər verir ki, Violet Jessop 1887-ci ildə anadan olub. Əslən irlandiyalı olsa da, argentinalı Uilyam (William) və  Ketrin (Katherine) Jessopun 9 uşağından biri idi. Uilyamın ölümündən sonra ailə Britaniyaya qayıdır və o gəmidə işləməyə başlayır. 

1911-ci il sentyabrın 20-də o zamanadək tarixin ən böyük gəmisi olan Olimpikdə işləyən Violet, bir az sonra döyüş gəmisi HMS Hawke ilə toqquşacağından xəbərsiz sərnişinlərlə maraqlanmağa davam edirdi. Çox böyük hissəsi su ilə dolan Olimpik batmadı. Violet sağ qala bildi. 

Bu qəzadan bir il keçməmiş yenidən Titanikə təyin edildi. Və tarixin ən böyük gəmi qəzası olan Titanik ikiyə parçalandı və iki saat ərzində batdı. Violet bu qəzadan da çıxa bildi. Amma sağ qalan təkcə o deyil, bir də körpə xilas oldu. Bundan 4 il sonra Birinci Dünya müharibəsində xəstəxanaya çevrilən Britannik adlı böyük gəmidə tibb bacısı olaraq işləməyə başladı. Almanlar tərəfindən vurulan gəmidən də sağ çıxmağı bacardı. Dəniz və okean sevgisindən vaz keçə bilməyən Violet Jessop müharibə bitdikdən sonra da gəmi gəzintilərinə davam etdi. 60 yaşında təqaüdçü olan bu qadın 83 yaşında ürək çatışmazlığından vəfat etdi.

15.11.2018 15:15 / Baxılıb: 542 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo