Qanunsuz ov edənlər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər keçirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar. Onlardan “TOZ”, “İJ” və “MR” markalı üç ov tüfəngi, 22 patron, 7 giliz və ovlanmış 5 quş götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

15.11.2018 14:10 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo