"Azəriqaz İB bu gündən qış rejiminə keçib

Samir Soltanov/AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyi bu gündən qış rejiminə keçib”. 

Azadinform xəbər verir ki, bunu “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib. O qeyd edib ki, bu gündən etibarən əhaliyə verilən təbii qazın həcmi də artırılıb: “Tələbat artdığından noyabrın 15-dən qazın həcmi artırılıb. 1 milyon 600 min kubmetrdən artıq təbii qazın artımı var ki, bundan sonra da havaların soyuq və şaxtalı keçəcəyi günlərdə təbii qazın verilişi tələbata uyğun tənzimlənəcək”. 

İ. Kərbəlayev bildirib ki, respublika üzrə 2 milyon 160 mindən çox abonenti fasiləsiz qazla təmin etmək üçün hazırlıqlar başa çatıb.

15.11.2018 13:50 / Baxılıb: 294 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo