Yol nişanlarının üzərindəki lövhələri oğurlayan saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub. 

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub. 

Araşdırma aparılır.

15.11.2018 12:15 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo