İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq

Samir Soltanov/AZADİNFORM. “Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq”. 

Azadinform xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bu gün Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib. O qeyd edib ki, bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib: “İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq”.

15.11.2018 11:28 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo