FETÖ ilə əlaqəsi olan amerikalı siyasətçiyə hökm oxunub 10 il

Samir Soltanov/AZADİNFORM. ABŞ-da Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan Texas Təmsilçilər Məclisinin sabiq üzvü Stiv Stokmana (Steve Stockman) hökm oxunub. 

Azadinform xəbər verir ki, onun haqqında 23 cinayət əməli qaldırılıb. Məlumata görə, S. Stokman əsasən rüşvətxorluq, korrupsiya və vergidən yayınma hallarına yol verib. Bundan başqa, o Federal Seçim Komissiyasına yanlış bəyanat verib, yalan bəyanlarla xeyriyyə təşkilatlarından pul toplayıb. 

Bildirilir ki, S. Stokmanın FETÖ ilə yaxından əlaqəsi olub. Belə ki, o FETÖ-nin Texasda bir çox mərasimlərində məruzələr edib. Həmçinin, onun FETÖ ilə bağlantısı olan Avrasiya Amerikalılar Turkuaz Təşkilatının sabiq sədri Kamal (Kevin) Öksüz ilə yaxından əlaqəsi olub.

Məhkəmənin qərarı ilə Stiv Stokmana 10 il hökm oxunub. Bununla bərabər dövlətdən mənimsədiyi 1 milyon dolları da geri ödəməsinə qərar verilib.

15.11.2018 11:20 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo