Gəlin var, bəy yox Səbəb çox üzücüdür

Aygün Nəbiyeva / AZADİNFORM. İndoneziyada 29 oktyabr tarixində təyyarə qəzasında ölənlərdən birinin nişanlısı gəlinliyini geyinərək toy şəkillərini tək çəkdirib.

Intan Syari və Rio Nanda Pratama 11 noyabrda evlənəcəkdilər. Ancaq Pratama toy üçün Cakartadan Pangkal Pinanga gələrkən, təyyarədəki digər 188 nəfərlə birlikdə həyatını itirdi. Azadinform xəbər verir ki, Syari bu şəkilləri nişanlısının son arzusunu yerinə yetirmək üçün çəkdirdiyini deyib. İntan Syari instaqram hesabından şəkli “Təsəvvür olunmayacaq qədər acı hiss etməyimə baxmayaraq, sənə görə hələ də gülə bilirəm. Hər zaman mənə dediyin kimi güclü olmalıyam” sözləri ilə paylaşıb.

Xatırladaq ki, ixtisasca həkim olan Pratama toydan əvvəl konfrans üçün Cakartaya getmişdi. Cakarta-Pangkal Pinang səfəri sırasında uçuşdan sonra dənizə düşən Boeing 737 tipli təyyarədən sağ çıxan olmamışdı.

15.11.2018 11:09 / Baxılıb: 583 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo