Çəhrayı miras adlı üzük 50 milyon manata satıldı

Aygün Nəbiyeva / AZADİNFORM. Cenevrədə keçirilən auksionda “Çəhrayı miras” adlı üzüyün qiyməti dünya rekordunu yeniləyib.

Azadinform xəbər verir ki, üzüyü ABŞ-da yerləşən “Harry Winston” adlı zərgərlik şirkəti alıb.

Üzük 24 milyon İsveçrə frankından satışa çıxarılıb, auksion zamanı isə 44 milyon 500 min İsveçrə frankına, təxminən, 50 milyon manata satılıb.

Qeyd edək ki, “Çəhrayı miras” yəhudi əsilli milyarder Openheymer ailəsindən miras qalıb.

15.11.2018 10:37 / Baxılıb: 624 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo