Azeri Lightın bir barreli 67,81 dollara satılır

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. 

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar geriləyərək 66,04 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar ucuzlaşaraq 56,09 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar ucuzlaşaraq 67,81 dollar təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

15.11.2018 10:30 / Baxılıb: 285 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo