İlham Əliyev Fələstin Prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Ölkə başçısı İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə bildirilir: “Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.

14.11.2018 18:30 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo