Göyçay sakininin evindən yarım kiloya yaxın qurudulmuş marixuana çıxdı

Samir Soltanov/AZADİNFORM. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

Azadinform xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Məlumata görə, RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini Elşad Həzrətquliyevdən şəxsi axtarış zamanı 3,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

14.11.2018 13:35 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo