| |||||
Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı açıqlama verdiAdəm Abbaslı/AZADİNFORM. Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət bildirib. Azadinform xəbər verir ki, rəsmi Bakının münasibəti belədir: “Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.
14.11.2018 11:40 / Baxılıb: 456 /
Bu bölmədə
|
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |