Bu hücumlar İsrailin işğalçı mövqeyini bir daha göstərir

Samir Soltanov/AZADİNFORM. “İsrailin hücumları qarşısında səssiz qalan beynəlxalq cəmiyyət məsuliyyət dərk etməli və hərəkətə keçməlidir”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası sözçüsü İbrahim Kalın bildirib. O qeyd edib ki, İsrailin son 2 gün ərzində işğal altındakı Qəzzaya etdiyi hücumlar nəticəsində 13 Fələstin vətəndaşı həlak olub: “Hücumlar nəticəsində onlarla insan xəsarət alıb. Bu hücumlar İsrailin hüquq tanımayan və işğalçı mövqeyini bir daha göstərir. İsrail Qəzza xalqına qarşı edilən hücumları dayandırmalıdır. Qüdsün statusunu dəyişdirmək üçün təxribat törədən İsrailin işğalçılıq siyasətinə bütün dünya “dur” deməlidir”.

İ. Kalın vurğulayıb ki, Fələstində tək çarə iki dövlətli həll variantıdır: “Mövcud İsrail hökumətinin iki dövlətli həll variantına inanmadığı açıq-aşkar görünür. Fələstin xalqının müstəqilliyini və təhlükəsizliyini diqqətə almayan heç bir həll variantı qəbul edilə bilməz. Fələstin xalqı yalnız və çarəsiz deyil”.

13.11.2018 16:01 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo