Torpaqdan məhsul əvəzinə heroin çıxdı - Cəlilabadda

AZADİNFORM. Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.

DİN-dən Azadinform-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kiloqram 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

13.11.2018 14:15 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo