Suriya-Türkiyə sərhədi yaxınlığında partlayış baş verib

Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib. 

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərargahı Dəməşqdə yerləşən Suriya İnsan Hüquqları Şəbəkəsinin rəhbəri Əhməd Kazım məlumat verib. 

Onun sözlərinə görə, partladıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb. 

Qeyd edək ki, Cerablus qanunsuz hərbi birləşmələrin və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətindədir.

12.11.2018 21:48 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo